NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Qarabağda qazandığımız qələbə münasibətilə “Qarabağa qayıtdıq” adlı dəyirmi masa keçirilib.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov gənc nəslin təlim-tərbiyəsində bu cür tədbirlərin əhəmiyyətindən danışıb.
Sevinc Abbasova “Qarabağın coğrafi mövqeyi və tarixi haqqında elmi izah” adlı çıxışında qeyd edib ki, Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik olan diyarlarındandır.
Vurğulanıb ki, gənclər tariximizi daha dərindən öyrənməli və gələcək nəsillərə örnək olmalı və baş verən hadisələri gələcək nəsillərə çatdırmalıdırlar.
Sonda müəllim və tələbələrin sualları cavablandırılıb, mövzu ilə əlaqədar müzakirələr aparılıb.
Elmir Tağıyev