Tələbələr Naxçıvan Biznes Mərkəzində təcrübə keçib

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təcrübədə Naxçıvan Dövlət Universitetinin “Menecment” və “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisasları üzrə IV kurs tələbələri iştirak edib.

Tələbələrə mərkəzin fəaliyyət sahələri, muxtar respublikanın sosial- iqtisadi göstəriciləri və sosial infrastruktur obyektləri ilə bağlı göstəricilər, sərgi salonunda nümayiş olunan yerli istehsal məhsulları və istehsalçı şirkətlər haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 95 sənaye müəssisəsi tərəfindən istehsal olunan 289 adda məhsulun, eləcə də 118 çeşiddə ailə təsərrüfatları məhsullarının sərgisi həyata keçirilir.

Sonra tələbələr mərkəzdə sərgi və satışı təşkil olunan xalq yaradıcılığı nümunələri və rəsm əsərləri, eləcə də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sənaye və kənd təsərrüfatı sahələrinin xəritəsi ilə tanış olublar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: