Cek Londonun “Həyat eşqi” hekayəsinin müzakirəsi olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda keçirilən müzakirədə Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova görkəmli yazıçının  həyat  və yaradıcılığı, “Həyat eşqi” əsəri haqqında ümumi məlumat verib. Bildirib ki, dünya ədəbiyyatının ən çox tanınan  klassik nümayəndələrindən biri olan məhşur amerikan yazıçısının bu əsərində baş qəhrəman Yolçunun yaşamaq üçün həyatla, təbiətlə apardığı mübarizədə necə qalib gəlməsindən danışılır.

Əsərin geniş təhlili zamanı qeyd edilib ki, hekayədə insanın bütün canlılardan yüksəkdə duran şüurlu varlıq olması, insan cəsarətinin, əzmkarlığının hər şeyə qadir olduğu ön plana çəkilir, sədaqətin dostluqda ən vacib amil olduğu göstərilir.

Qeyd edək ki, dahi yazıçının möhtəşəm əsərləri 1920-ci illərdən başlayaraq  Azərbaycanda  çap edilib və geniş oxucu kütləsi qazanıb.  “Həyat eşqi” hekayəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq edilən oxunması zəruri olan kitabların siyahısına daxil edilib.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: