“Elektron kitabxanaların təşkili və formalaşması problemləri” NDU-da keçirilən konfransda müzakirə edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onlayn respublika elmi konfransında rektor Elbrus İsayev elektron kitabxanalarda informasiya texnologiyalarının tətbiq edilməsinin istifadəçilərə daha geniş imkanlar yaratdığından danışıb. Rektor bildirib ki, kitabxana fəaliyyətinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 20 aprel 2007- ci il tarixli “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncamı və 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” qəbul olunub.

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva Mərkəzin elektron resursları və elektron xidmətlər haqda çıxışında vurğulayıb ki, UNEC Kitabxana İnformasiya Mərkəzi 2019-cu ildə Əsaslı kitabxananın bazasında yaradılıb. Diqqətə çatdırılıb ki, mərkəz Azərbaycanın dövlət siyasətini rəhbər tutaraq universitetin tədris prosesinə, elmi-tədqiqat və innovativ fəaliyyətinə uyğun olaraq fondunu Azərbaycan, ingilis, rus və türk dillərində kitab, kitabça, jurnal, qəzet, tədris proqramı, dissertasiya, avtoreferat və digər kitabxana-informasiya resursları ilə formalaşdırır, mühafizəsini və ondan istifadəni təmin edir.

Bakı Dövlət Universiteti Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılovun, Elmi Kitabxanasının direktoru Nigar İsmayılovanın, “Naxçıvan” Universiteti Elmi Kitabxanasının müdiri Zamin Babazadənin, AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru Sahab Əliyevanın, Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının direktoru Fariz Əhmədovun mövzu ilə bağlı ətraflı çıxışları dinlənilib.

Qeyd olunub ki, 1968-ci il aprel ayının 23-dən fəaliyyət göstərən NDU-nun  Elmi Kitabxanası 2013-cü il iyulun 9-dan isə elektron kitabxana kimi fəaliyyətə başlayıb. Kitabxanaya üzv olan hər bir oxucu elektron kataloq vasitəsilə kitabxanaya gəlmədən [email protected] emaili vasitəsilə kitab  seçib oxuya bilər.

Konfrans “Elektron kitabxanaların müasir inkişafı istiqamətləri” adlı bölmə iclası ilə davam edib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: