Turizm Departamenti hamiliyə götürdüyü tələbələrlə növbəti görüş keçirib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Turizm Departamentində Naxçıvan Dövlət və “Naxçıvan” Universitetlərinin “Turizm və otelçilik” ixtisaslarında təhsil alan tələbələrlə görüş keçirilib.

Görüşdə Turizm Departamentinin sektor müdiri Həsən Kərimov tələbələrə muxtar respublikada fəaliyyət göstərən turizm maşrutları barədə məlumat verib. Qeyd edib ki, əlverişli turizm potensialı və müasir  infrastruktur muxtar respublikaya səyahət edən hər bir turist qrupu üçün Naxçıvan şəhərindən başlayaraq Şərur, Kəngərli, Şahbuz, Culfa və Ordubad istiqamətlərində bir-birindən maraqlı və təkrarolunmaz turizm marşrutlarının təşkili üçün əlverişli şərait yaradır. Hazırda Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət bölgəsi, Naxçıvan-Duzdağ, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincə qala, Naxçıvan-Gəmiqaya, Naxçıvan-Gülüstan, Naxçıvan–Ordubad, Naxçıvan–Qarabağlar, Naxçıvan–Şahbuz-Batabat turist marşrutları fəaliyyət göstərir. Departament tərəfindən bu  marşrutların hər biri ilə bağlı bukletlər hazırlanaraq muxtar respublikamıza gələn turistlərə təqdim olunur. Bütün bunlar da qədim diyarda olan qonaqlarımızın hərəkətini asanlaşdırır, qədim Naxçıvanın tarixi-memarlıq abidələrinin, mədəni irsinin tanıdılması, eləcə də turizm potensialımızın təbliği baxımından mühüm rol oynayır.

Departamentin əməkdaşı Orxan Cəfərov turist marşrutlarında tələblər və marşrutun hazırlanma qaydaları haqqında tələbələrə geniş məlumat verib. Müvafiq sxemlər slayd vasitəsilə nümayiş etdirilib.

Sonda muxtar respublikanın turizm potensialını əks etdirən videoçarx təqdim olunub.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: