Naxçıvan Dövlət Universiteti ilə KOİCA şirkəti arasında “Follow-up” dəstək layihəsi uğurla icra olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Naxçıvan Dövlət Universiteti və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında elektron avadanlıqların təhvil verilməsi ilə bağlı onlayn formada keçirilən təqdimat mərasimində rektor Elbrus İsayev deyib. 

KOICA Azərbaycan Nümayəndəliyinin Direktoru Park Kumok iştirak etdiyi mərasimdə rektor KOICA ilə davamlı əməkdaşlığın uğurlu fəaliyyətindən danışıb. Qeyd edilib ki, proqram çərçivəsində modernləşdirilmiş avadanlıqlarla təmin olunmuş universitet xüsusən  pandemiya dövründə müəllim və tələbələrə distant təhsil zamanı daha sabit xidmətlər göstərib.

Xanım Park Kumok isə çıxışı zamanı proqramın uğurlu icrası üçün hər kəsə təşəkkür edib və layihənin universitetdə Təhsil İnformasiya Sistemini daha da inkişaf etdirəcəyinə inandığını bildirib.

Qeyd edək ki, 2015-ci ildə universitet ilə KOİCA arasında “Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun Yaradılması” layihəsi başa çatdıqdan sonra 2018-ci ildə “Follow-up” dəstək layihəsi üçün müqavilə imzalanıb.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: