Tələbələrlə keçirilən görüş “İxrac ili”nə həsr olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirliyin hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasının tələbələri ilə keçirilən görüşün əsas mövzusu  “İxrac ili”ndə əldə olunan nailiyyətlər olub.

Tədbirdə 2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunmasının əhəmiyyəti, muxtar respublikada istehsal olunan məhsulların yeni bazarlarına çıxış imkanları, ixrac sahəsində sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, bu istiqamətdə dünya təcrübəsi, “İxrac ili”ndə əldə olunan nəticələr və nailiyyətlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: