Naxçıvan məktəbliləri beynəlxalq müsabiqədə uğur qazandı - FOTOLAR

A- A A+

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirlərin elmi axtarışlara sövq edilməsi, еlmi pоtеnsiаlının аrtırılmаsı, tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə  təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları”  layihəsi davam etdirilir.

Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Bəxtiyar İsmayılov və X sinif şagirdi Nurgün Allahverdiyevanın Kimya fənni üzrə “Yeraltı sular-təbiətin möcüzəsidir” mövzusunda hazırladıqları layihə  “Rusiya Pedaqoqları” Ümumrusiya Təhsil Portalı tərəfindən keçirilən “Uşaq və gənclərin yaradıcılıq və intellekt” Beynəlxalq müsabiqəsində “Tədqiqatlar və elmi işlər” nominasiyası üzrə I yerə layiq görülüb.

Həmçinin eyni adlı müsabiqədə iştirak edən Naxçıvan Qızlar Liseyinin X sinif şagirdi Nuray Məmmədova və Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin  IX sinif şagirdi Zahidə Allahverdiyevanın “Naxçıvan Muxtar Respublikası ərazisindəki bəzi mineral suların Kurlov formulunun təyini” mövzusunda hazırladıqları layihə I yerə layiq görülüb.

Uğur qazanan hər iki layihənin rəhbəri AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı, Kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədovadır.

Sonda uğur qazanan komandaların üzvləri diplomla təltif edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: