Abituriyentlərə otk.az saytında nəzəri materiallar üzrə hazırlıq səviyyələrini yoxlamaq imkanı yaradılıb
Abituriyentlər otk.az saytında 5–11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair yerləşdirilmiş qiymətləndirmə tapşırıqlarından istifadə etməklə, nəzəri materiallar üzrə hazırlıq səviyyələrini yoxlaya bilərlər.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda saytda bütün imtahan fənləri üzrə 28 min 535 tapşırıq yerləşdirilib.