“Gənc maliyyəçilər” adlı intellektual yarış keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Naxçıvan Dövlət  Universiteti və “Naxçıvan” Universitetlərinin mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan IV kurs tələbələri arasında “Gənc maliyyəçilər” adlı intellektual yarış keçirilib. Yarışın keçirilməsində əsas məqsəd  Maliyyə Nazirliyində  istehsalat təcrübəsində iştirak edən tələbələrin təcrübə müddətində qazandıqları biliklərin möhkəmləndirilməsi və qiymətləndirilməsi olub.

Ümumilikdə 16 tələbənin iştirak etdiyi yarış 4 mərhələdən ibarət olub. Tələbələrə mühasibat uçotu, büdcə, dünyagörüşü və başqa mövzularda hazırlanmış suallar təqdim olunub. Yarışın sonunda Naxçıvan Dövlət Universitetinin “Zəngilan” komandası I, Naxçıvan Universitetinin “Şuşa” komandası isə II yerə layiq görülüb. Qalib komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları və oxunması zəruri olan kitablar təqdim olunub.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: