Tələbələrin istehsalat təcrübəsi başa çatıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Dövlət Universitetinin Memarlıq, Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr üçün  Xidmətin bazasında noyabrın 16-dan təşkil olunan istehsalat təcrübəsi başa çatıb.

Yekun tədbirdə  Xidmətin rəisi Müslüm Cabbarzadə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının həyata keçirilməsində, tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşmasında istehsalat təcrübələrinin əhəmiyyətindən, muxtar respublikamızda bu cür təcrübələrin təşkili üçün yaradılan şəraitdən danışıb.

 Qeyd edək ki, istehsalat təcrübəsi zamanı tələbələrə Xidmətin fəaliyyəti ilə bağlı geniş məlumat verilib, peşəkar mütəxəssislər tərəfindən daşınmaz əmlak obyektlərinin və torpaq sahələrinin ölçülməsi, sxematik planların və tikinti layihələrinin, daşınmaz əmlak obyektlərinə dair texniki sənədlərin hazırlanması ilə bağlı praktiki məsələlərin həlli öyrədilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: