Sərhəd hərəkatı-Dünya azərbaycanlılarının həmrəyliyinə gedən yol - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində baş tutan eyniadlı tədbirdə Vətən müharibəsində qəhrəmanlıqla canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar”,-deyən ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, 1989-cu il dekabrın 31-də Naxçıvanda başlanan sərhəd hərəkatı Azərbaycan xalqının müstəqillik arzularının təcəssümü idi. Bu addım sonradan, 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsi üçün keçirilən yolun başlanğıcı kimi dəyərləndirilir. Bu gün biz öz birliyimiz və Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti nəticəsində 30 ilə yaxın həsrətimizə son qoyduq. Cəmi 44 gün ərzində şanlı ordumuz düşmən işğalı altında olan öz əzəli torpaqlarımızı bizə qaytardı.
Daha sonra universitetin Ümumi tarix kafedrasının müəllimi, dosent Elçin Zamanovun “Azərbaycanlıların həmrəyliyi-milli bütövlük uğrunda mübarizənin təməl prinsipləri” mövzusunda məruzəsi dinlənilib.
Sonda Pedaqoji fakültənin tələbələri tərəfindən hazırlanmış “Qarabağ Azərbaycandır” adlı sərgiyə baxış olub.
Seyfur Hacımuradov