Naxçıvanlı alimlər elmi konfransda iştirak edib

A- A A+

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə “Azərbaycanın Ermənistan və Qarabağda məhv edilmiş maddi mədəniyyət abidələri: kitabxanalar, muzeylər, təhsil ocaqları nümunəsində” mövzusu ilə bağlı  keçirilən  vebinar - respublika elmi konfransında AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları - AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov iştirak edib.

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Zoom proqramı vasitəsilə keçirilən  konfransda professor H.Səfərli Ermənistanda məhv edilən və mətnləri təhrif olunan bəzi epiqrafik abidələr haqqında çıxış edib. Alim ermənilərin məqsədli şəkildə Qərbi Azərbaycan ərazisindəki müsəlman-türk epiqrafikasına aid kitabələri məhv etməsini, mətnlərin təhrif edilməsini elmi faktlarla iştirakçıların diqqətinə çatdırıb. Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Erməni vandalizminə məruz qalmış Xocalı-Gədəbəy mədəniyyəti abidələrinin Naxçıvanda izləri” mövzusu ilə bağlı çıxışında qeyd edib ki, I Kültəpə, II Kültəpə, Qızılburun, Vayxır qalası, Çalxanqala və digər abidələrin strukturu, eləcə də buradan aşkar olunmuş maddi mədəniyyət nümunələri Xocalı-Gədəbəy mədəniyyətinin Naxçıvana da təsir etdiyini, bu ərazidə də yayıldığını sübut edir.

Konfransda naxçıvanlı alimlərin çıxışları maraqla qarşılanıb və  iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: