Naxçıvanda müəllimlərin işə qəbulu üçün test imtahanlarına start verilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 156 vakant vəzifənin çıxarıldığı müsabiqədə iştirak etmək  üçün 262 namizəd sənəd təqdim edib. Tarix üzrə (49), İbtidai sinif müəllimliyi üzrə (45), İngilis dili üzrə (38) və Coğrafiya ixtisası üzrə (24) müraciətin  qeydə alındığı müsabiqəyə ən çox Şərur (41), Ordubad  (39) və Şahbuz rayonları (26) üzrə vakant vəzifə çıxarılıb.

Test imtahanlarında hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilir və 90 dəqiqə vaxt verilir. Hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.

Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.

Qeyd edək ki, test imtahanlarının nəticələri gündəlik olaraq Mərkəzin rəsmi internet portalında (www.dim.nmr.az) yerləşdirilir. Test imtahanları 11 yanvar 2021-ci il tarixədək davam edəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: