İsmayıl Hacıyev: 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyadakı bütün soydaşlarımızın qəlbini vətən hərarəti ilə isidir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində  keçirilən konfransda Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək qeyd edib ki, Dünya Azərbaycanlılarının birliyinin tanınması, müxtəlif ölkələrdə diasporumuzun formalaşması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyevin irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” dünyadakı bütün soydaşlarımızın qəlbini vətən hərarəti ilə isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır. Bu gün sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilən Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbənin əldə olunmasında da dünyanın müxtəlif  ölkələrində yaşayan soydaşlarımızın  əməyi böyük olub.

Konfransda  Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov bildirib ki, indi müstəqil Azərbaycan Respublikası dünyanın ən müxtəlif yerlərində yaşayan azərbaycanlıların fəxarət və güvənc yeridir. Qarabağ uğrunda apardığımız Vətən müharibəsində xalqımız bir daha həmrəyliyini nümayiş etdirdi. Dünya Azərbaycanın inkişaf və yüksəlişini, hərbi qüdrətini və iqtisadi gücünü gördü.

                                                                                    Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: