“Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” respublika elmi konfransı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər  verir ki, Naxçıvan Dövlət Universitetində keçirilən konfransda ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada 25 ildir ki, hərtərəfli inkişafa nail olunub, əsl intibah səviyyəsinə yüksəlib. Həyatın bütün sahələrində  baş verən əsaslı dəyişikliklər bu gün də sürətlə və ardıcıl olaraq davam etdirilir.

Azərbaycan tarixi kafedrasının tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov “1995-2003-cü illərdə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında milli –mənəvi dəyərlər” adlı çıxışında qeyd edib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq.

Konfransda “Naxçıvanda azad iqtisadi zonanın yaradılması perspektivləri” ndən də danışılıb.

Konfrans “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının siyasi-iqtisadi inkişafı” və “Müstəqillik dövrü Naxçıvan Muxtar Respublikasında ictimai və mədəni proseslər” adlı bölmə iclasları ilə davam edib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: