NDU-nun əməkdaşı Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnaməsi ilə təltif edilib

A- A A+

Diasporla İş üzrə Dövlət Komitəsi “Dünya azərbaycanlılarının həmrəyliyi günü” münasibətilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətlərinə, eləcə də 2020-ci ildə diaspor quruculuğu işində xüsusi fəallıqlarına görə 273 nəfəri təşəkkürnamə ilə təltif edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Dövlət Universiteti Elmi tədqiqatların əlaqələndirilməsi bölməsinin müdiri Rza Məmmədov da olub.

Qeyd edək ki, bu tədbirlərdə əsas məqsəd diaspor qarşısın­da duran vəzifələri müəyyən etmək, Azərbaycan lobbiçiliyi­ni keyfiyyətcə yeni mərhələyə keçirmək, xarici ölkələrdə ya­şayan azərbaycanlıların sosial, mənəvi, iqtisadi fəaliyyətinə və diasporun mütəşəkkil qüvvə kimi təşkilatlanmasına dəstək vermək, ölkəmiz haqqında əsl həqiqətlərin olduğu kimi çatdırılmasına maddi və mənəvi dəstək vermək olub.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: