“Ümumtəhsil müəssisələrində fiziki tərbiyə dərslərinin tədrisinin aktual problemləri” müzakirə edilib
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində onlayn keçirilən təlim ixtisas müəllimləri üçün təşkil edilib.
Təlimdə vurğulanıb ki, sоn illərdə rеspublikаmızdа fiziki tərbiyəyə və idmаnа diqqət аrtırılıb. Universitetdə tələbələr badminton, cüdo, sərbəst güləş, atletika və digər idman növləri üzrə keçirilən Naxçıvan Muxtar Respublikası birinciliklərində iştirak edib qələbə qazanırlar.
Həmçinin onlayn təlimdə diqqətə çatdırılıb ki, bəzi orta məktəblərdə fiziki tərbiyə dərslərinə xüsusi diqqət artırılmalı və dərslər mütəşəkkil qaydada və “Sağlam bədəndə sağlam ruh olar” devizi altında keçirilməlidir.
Sonda müəllimlərin mövzu ilə əlaqədar sualları cavablandırılıb, təklif və rəyləri dəyərləndirilib.
Səadət Əliyeva