Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutunun bitki ekologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Hüseynağa Əsədovun həmmüəllifi olduğu “Nanoquruluşlar biologiya və kimyada” kitabı çapdan çıxıb.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, XXI əsrdə biologiya və kimyanın inkişaf istiqamətlərini geniş oxucu kütləsinə çatdıran kitabda müəlliflər həyat proseslərinin yaranması, təkhüceyrəli və çoxhüceyrəli orqanizmlərin formalaşması, canlıların mənşəyi və inkişafı, həyatın yaranması məsələlərini ətraflı izah ediblər. Nəşrdə molekulların istiqamətlənmiş hərəkəti, membranın yaranma prinsipləri və nanohissəciklərin rolu haqqında geniş məlumat verilir.
Kitabdan bioloqlar, həkimlər, ekoloqlar, kimyaçılar, fizika sahəsində çalışan alimlər faydalana bilərlər.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.