Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarı ilə bir sıra strateji əhəmiyyət kəsb edən hərbi-mülki və müdafiə xarakterli layihələrin həyata keçirilməsini daha da genişləndirmək məqsədilə Strateji Elmi Tədqiqatlar Mərkəzi yaradılıb.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, Rəyasət Heyətinin nəzdində yaradılan bu mərkəz işlər idarəsinin strukturundakı elmi-tədqiqat laboratoriyalarının, həmçinin təcrübi-konstruktor sektorunun ştat vahidləri hesabına fəaliyyət göstərəcək.