NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalənin həmmüəllifləri Universitetin Bələdiyyə və turizm kafedrasının müəllimi, Təhsilin idarəolunması, təftişi, planlaması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru Rza Məmmədov və Anadolu Universiteti, Pedaqogika Fakültəsi, Pedaqogika elmləri kafedrasının professoru Ahmet Aypaydır.
“Türkiyədəki tədqiqat universitetlərinin effektivlik analizi” (Efficiency analysis of research universities in Turkey) adlı elmi məqalə Böyük Britaniyanın Oxford mərkəzli “International Journal of Educational Development” adlı nüfuzlu jurnalda nəşr olunub.
Məqalədə Türkiyənin 15 tədqiqat universitetinin, beynəlxalq elmi tədqiqat göstəricilərinin mövcud vəziyyəti və gələcək perspektivləri araşdırılıb. Bu vəziyyətə uyğun olaraq, universitetlərin tədqiqat universiteti olmaq üçün elmi tədqiqatlara əsaslanan gəlirlər və digər beynəlxalq standartlar əsasında təklifləri məqalədə əsas tədqiq olunan məsələlər sırasındadır.