NDU-nun müəlliminin elmi məqaləsi yüksək impafaktorlu jurnalda dərc edilib

A- A A+

Naxçıvan Dövlət Universitetinin (NDU) Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimovanın “Seyid Əzim Şirvaninin təhsil fəaliyyəti” (Educational activities of Seid Azim Shirvani) adlı elmi məqaləsi yüksək impafaktorlu “Nauçen vektor na Balkanate” (“Научен вектор на Балканите”) adlı elmi jurnalda dərc olunub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məqalədə Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Seyid Əzim Şirvaninin maarifçilik fəaliyyətindən, milli mədəniyyət və təhsilin inkişafından, millətin təhsili və dini cəhalətdən qurtulması üçün cəsarətlə və obyektiv mübarizəsindən bəhs edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: