526 nəfərin iştirakı ilə eksternat qaydada imtahan keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahanda müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən və həmin səviyyə üzrə buraxılış imtahanı verərək attestat almaq istəyən namizədlər iştirak edib.

Ümumi orta təhsil bazasından 187, tam orta təhsil bazası üzrə isə 339 olmaqla, ümumilikdə 526 nəfərin iştirak etdiyi imtahan Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə keçirilib.

Ümumi və tam orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edənlər hər birindən 10 sual olmaqla 6 fənn ( kimya, fizika, informatika, tarix, biologiya və coğrafiya) üzrə imtahan veriblər. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt verilib.

Keçirilən imtahanlarda uğur qazanmış şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən tam və ümumi orta təhsil səviyyələri üzrə keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək, həmin imtahanlardan müsbət qiymət alanlara ümumi orta və ya tam orta təhsil haqqında attestat veriləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: