Naxçıvan Dövlət Universiteti müəllimləri və AMEA Naxçıvan bölməsinin əməkdaşının elmi məqaləsi yüksək impafaktorlu jurnalda nəşr olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalənin həmmüəllifləri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, NDU-nun Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin Kimya kafedrasının dosenti, Kimya elmləri doktoru Əliəddin Abbasov, universitetin Kimya kafedrasının laboratoriya müdiri Aygün Qocayeva və AMEA Naxçıvan bölməsi, Təbii Ehtiyatlar İnstitunun laboratoriya müdiri Fizzə Məmmədovadır.

Birgə qələmə alınan “Zəif və qüvvətli turşu ionidləri ilə metal ionlarının sorbsiyası” adlı elmi məqalə Böyük Britaniyanın Mançester şəhərində yüksək impafaktorlu “Elm və təcrübə: müasir cəmiyyətə tətbiq” (“Science and practise implementation to modern society”) adlı elmi jurnalda dərc olunub. Məqalədə zəif və qüvvətli turşu özəllikli Diaion RCP160M, Dowex 50 Wx8, Diaion WK40 ionidləri ilə Cu2+, Zn2+, Kd2+ və Pb2+ ionlarının  sorbsiyasının tarazlıq şərtləri, kinetikası və bu məlumatlar əsasında prosesləri xarakterizə edən termodinamik kəmiyyətlər hesablanıb. Bundan başqa bu ionidlərin iştirakı ilə adı çəkilən ionların olduğu birgə məhlullardan onların bir-birlərindən ayrılması imkanları öyrənilib. Qeyd edilənlərlə yanaşı prosesləri xarakterizə edən izotermlərin hesablama tənlikləri təklif edilib və Freyndlix tənliyinə daxil olan sabitlər hesablanıb.

                                                                                                               Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: