Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib. “Şəhidlər ölməz, vətən bölünməz” devizi altında keçiriləcək görüş Şahmat Federasiyasının Sədərək Rayon Bölməsi, Sədərək Rayon Təhsil Şöbəsi, Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbi, Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbi və İzmir Deha Satranc Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq. 12 komanda arasında keçiriləcək yoldaşlıq görüşündə 16 yaş qrupundan 144 müxtəlif dərəcəli şahmatçı şagirdin iştirakı nəzərdə tutulub. 16 yanvar 2021-ci il tarixdə saat 18:00-da Lichess.org platforması vasitəsilə keçiriləcək görüşün yekun nəticələri Naxçıvan Şahmat Federasiyasının və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytlarında elan ediləcəkdir.