Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən təqvim çapdan çıxıb

A- A A+

Hüseyn Cavidin Ev Muzeyi tərəfindən hər il ənənəvi olaraq hazırlanan, ədibin həyat və yaradıcılığını əks etdirən növbəti təqvim çap edilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə muzeydən məlumat verilib.

Bildirilib ki, 2021-ci il üçün əlamətdar günlərin də qeyd edildiyi təqvimdə Cavidlər ailəsinin həyatında baş verən tarixi məqamlar və onların izahı əksini tapıb. Təqvimdə, həmçinin Cavidlər ailəsinin hər bir üzvünün müxtəlif fotoları və dahi şairin əsərlərindən parçalar verilib.

Qeyd edək ki, cavidsevərlərin istifadəsi üçün nəzərdə tutulan bu vəsait, eyni zamanda, şairin əsərlərinin təbliği məqsədini daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: