Professor Yaqub Məmmədovun elmi məqaləsi yüksək impafaktorlu jurnalda çap olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İnformatika kafedrasının professoru, Riyaziyyat üzrə elmlər doktoru Yaqub Məmmədovun AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Quliyev və Türkiyə, Kütahya, Dumulupınar Universitetinin professoru Fatma Müslümova ilə birgə ərsəyə gətirdiyi elmi məqaləsi yüksək impafaktorlu “Riyazi tədqiqat jurnalı”nda (“Journal of Mathematical Study” ) dərc olunub. “Dankl operatoru ilə bağlı Orlic fəzasında maksimal komutatorun məhdudluq xüsusiyyətləri” adlı məqalədə Dankl operatoru ilə bağlı Orlic fəzasında maksimal operatorun və onun  komutatorunun məhdudluğu üçün zəruri və kafi şərtlər tapılır.

Jurnalın veb saytı: https://global-sci.org/intro/article_detail/jms/15207.html-dır.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: