DİM-in keçirdiyi imtahanlarda şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılıb

A- A A+

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən ay dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün keçirilən test imtahanlarında  qeydiyyatdan keçmiş 571 namizəddən 559-u iştirak edib,  326 nəfər müvafiq keçid balını toplayıb.  Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün sənəd vermiş 12 namizəd esse imtahanında iştirak edib və  8-i müvafiq keçid balını toplayıb.

Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqənin test imtahanlarında  isə 136 nəfər keçid balını toplayıb.

Hesabat ayı ərzində Mərkəz tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində və Dövlət Gömrük Komitəsində çalışan işçilərin attestasiyası üzrə  keçirilən test imtahanlarında qeydiyyatdan keçmiş 35 nəfərdən 32-si  iştirak edib, 30-u müvafiq keçid balını toplayıb.

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən “Vətəndaşların dövlət qulluğuna qəbul qaydaları” mövzusunda keçirilən maarifləndirici seminarda 32 dövlət orqanının əməkdaşı iştirak edib. Keçirilən bütün tədbir və test imtahanlarında sosial məsafə qorunub, tibbi maskalardan istifadə olunub və digər sanitar-gigiyenik tələblərə əməl edilib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində işə qəbul üçün elan edilən müsabiqəyə 23 vakant vəzifə çıxarılıb. Hazırda sənəd qəbulu davam edir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: