NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə “Şəhidlər unudulmur” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
Müsabiqə başlanmazdan əvvəl Təhsil nazirinin müavini Heyran Əhmədova Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələri haqqında məktəblilərə məlumat verib.
Sonra müsabiqəyə start verilib. Müsabiqədə şagirdlərə mövzu ətrafında öz fikirlərini ifadə etmələri üçün 2 saat vaxt verilib. İnşa-yazı müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 34 şagird iştirak edib.
Müsabiqə iştirakçılarının inşa yazıları münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə görə Heydər Əliyev adına tam orta məktəbin 11-ci sinif şagirdi Səma Əsədova I, Naxçıvan Qarnizonu tam orta məktəbin 10-cu sinif şagirdi Günel Hətəmli, həmin məktəbin 9-cu sunif şagirdi Mehriban Vəliyeva II, Ordubad rayon Sabirkənd tam orta məktəbin 9-cu sinif şagirdi Afət Hacıyeva, Naxçıvan Qızlar Liseyinin 9-cu sinif şagirdi Şəbnəm Rəhimli III yerə, Ordubad rayon Azadkənd tam orta məktəbin 11-ci sinif şagirdi Sunay Allahverdiyeva həvəsləndirici yerlərə layiq görülüblər.
Xosrov İbrahimov