20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” mövzusunda interaktiv dərs keçirilib - FOTOLAR

A- A A+

Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, interaktiv dərs Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında təşkil olunub. “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” mövzusunda keçirilən dərsdə vurğulanıb ki,  20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır.

İnteraktiv dərsdə muzeyin bələdçisi bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Eyni zamanda muzeydə qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.

Muzeyin bələdçisi 20 Yanvar hadisələrinə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, 44 günlük zəfər yürüşündə şanlı Azərbaycan ordusu bütün şəhidlərimizin qisasını aldı. İndi vətən torpaqlarının bütövlüyü, azadlığı uğrunda şəhid olan bütün övladların ruhu şaddır.

Qeyd edək ki, həmin gün muxtar respublikanın bütün ümumtəhsil məktəblərində bir dərs saatı 20 Yanvar faciəsinə həsr olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: