“20 Yanvar hadisəsi: səbəbləri, nəticələri və dərsləri”

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, eyniadlı elmi konfrans AMEA Naxçıvan Bölməsində təşkil olunub.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Bölmənin sədri akademik İsmayıl Hacıyev tariximizin qəhrəmanlıq səhifələrindən biri olan Qanlı Yanvar hadisəsi, həmin dövrdə ölkədə hökm sürən ictimai-siyasi vəziyyətlə bağlı məlumat verib.

Diqqətə çatdırılıb ki, bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirib. Həmin dəhşətli gecədən sonra Azərbaycan xalqının haqq səsini heç yerə duyura bilmədiyi bir vaxtda ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək törədilən qırğını sərt tənqid edib, xalqımıza qarşı göstərilən biganə münasibətə öz haqlı etirazını bildirib.

Konfransda “20 Yanvar hadisəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, “20 Yanvar hadisəsi və ümummilli lider Heydər Əliyev tərəfindən ona siyasi qiymət verilməsi”, “20 Yanvar hadisəsi bədii ədəbiyyatda” mövzularında   çıxışlar dinlənilib.

Vurğulanıb ki, şəhidlərimizin xatirəsinə ən böyük abidə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyüdür. Vətən uğrunda canından keçən soydaşlarımızın ruhları artıq şaddır, çünki Azərbaycan  ərazi bütövlüyünü təmin edib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: