Naxçıvan Dövlət Universitetinin professoru Nazim Əhmədovun monoqrafiyalarının təqdimatı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Mühasibat uçotu və maliyyə” kafedrasının professoru, iqtisad elmləri doktoru Nazim Əhmədovun “Sürətlə inkişaf edən və modernləşən Naxçıvan iqtisadiyyatı” və “Azərbaycan turizmin inkişafı və onun regional problemləri” adlı monoqrafiyalarının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində bildirilib ki, hər iki elmi əsər ali məktəb tələbələri, müəllimlər və bu sahələrlə maraqlanan hər kəs üçün qiymətli mənbə ola bilər.

“Sürətlə inkişaf edən və modernləşən Naxçıvan iqtisadiyyatı” monoqrafiyasında Naxçıvan iqtisadiyyatının XX əsrin axırlarına qədərki dövrünə nəzər salınıb. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə 1995-ci ilin sonunda makroiqtisadi sabitliyin yaranması və Naxçıvan Muxtar Respublikasının sürətli inkişafı geniş tədqiqat obyektinə çevrilib.

 “Azərbaycan turizmin inkişafı və onun regional problemləri” elmi əsərdə dünyada turizmin meydana gəlməsi, inkişafı, turizm sahəsinə ümümi yanaşmalar və turizm sahəsində beynəlxalq təcrübəyə nəzər salınıb. Həmçinin monoqrafiyada muxtar respublikada turizmin inkişafının müasir vəziyyəti, turizmin inkişaf perspektivləri, bu sahədə həyata keçirilən tədbirlər, turizmdə sahibkarlığın formalaşması və dövlət tənzimlənməsindən söhbət açılır.

Sonda müəllif muxtar respublikada ziyalı mühitin formalaşması istiqamətində görülən işlərdən danışıb və yaradıcı insanlara göstərilən dövlət dəstəyinə görə öz minnətdarlığını ifadə edib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: