Fevralın 1-dən sonrakı iki həftə ərzində 5-9-cu siniflərdə tədrisə başlanılması barədə qərar qəbul olunacaq
Fevralın 1-dən sonrakı iki həftə ərzində 5-9-cu siniflərdə tədrisə başlanılması barədə qərar qəbul olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev yanvarın 22-də keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, bu müddətdə peşə təhsili müəssisələrində də tədrisə başlanılması məsələlərinə baxılacaq.
Xatırladaq ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Qərar qəbul edib.