Siniflərin bölünməsini nəzərə alaraq dərslər həftədə 3 dəfə olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev yanvarın 22-də keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, dərslərə həftədə 3 dəfə davam etməkdə məqsədimiz siniflərdə sıxlığın qarşısının alınmasıdır. Sıxlıq az olan bölgələrdə dərslərin həftədə 4 və ya 5 dəfə olmaqla davam etdirilməsi nəzərdə tutulur.