Elmi Kitabxanada virtual sərgi təşkil olunub

A- A A+

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bölmənin Elmi Kitabxanasında təşkil olunan virtual sərgidə Bölmə əməkdaşlarının 2020-ci il ərzindəki fəaliyyətini əhatə edən əsərləri oxuculara təqdim olunub.

 “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi - 2020” adlı sərgidə “Нахчыван в истории государственности Азербайджана”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı”, “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)”, “Cəhrili alimlər”, “Nağı Nağıyev: taleyi və sənəti”, “Qədim Culfa”, “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı”, “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı”, “Əlincəçay mahalının epiqrafik abidələri”, “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz”, “Naxçıvan teatrında rejissor sənəti”, “Azərbaycan faunasının taksonomik spektri (Onurğalılar)”, “Qısa kimya ensiklopediyası” və digər kitab, monoqrafiyaların, həmçinin Bölmənin dövrü nəşrləri olan “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının elektron versiyaları yer alıb.

Qeyd edək ki, AMEA Naxçıvan Bölməsində il ərzində keçirilən tədbirləri, eləcə də gənc nəsildə elmə marağın artırılması üçün görülən işləri, qazanılmış nailiyyətləri əks etdirən fotoşəkillərin də nümayiş olunduğu sərginin hazırlanmasında əsas məqsəd dövriyyəyə yeni daxil olmuş əsərləri geniş oxucu kütləsinə təqdim etməkdir.

Sərgi ilə aşağıdakı veb adresindən ətraflı tanış ola bilərsiniz:

https://docs.google.com/presentation/d/1SsGxgVj1D50LSMIRqEd0I96n5bzoga0PmY_AJAGyJiw/mobilepresent#slide=id.gb4f7d76c20_0_260

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: