Görmə məhdudiyyətli şəxslərin iştirakı ilə “Hekayələr” kitabı müzakirə olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Regional İnformasiya Mərkəzində Azərbaycanda ilk dəfə olaraq görmə və eşitmə qabiliyyəti məhdud şəxslər üçün audio və elektron kitabxana xidməti yaradılıb və müvafiq kateqoriyadan olan şəxslərin istifadəsinə verilib. Bu xidmət vasitəsilə müvafiq kateqoriyadan olan şəxslər 258 qısa nömrəsi ilə əlaqə saxlamaqla, audiokitabları dinləyə bilirlər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk dəfə olaraq, sözügedən xidmətin aktiv istifadəçiləri arasında oxunması zəruri olan kitablardan Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabının müzakirəsi keçirilib. Müzakirə iştirakçıları əsəri yüksək qiymətləndirib, bu barədə təəssüratlarını bölüşüblər. Tədbirin keçirilməsində əsas məqsəd görmə məhdudiyyətli şəxslərin asudə vaxtlarının səmərəli təşkili, onlar arasında 258 xidmətinə marağın artırılmasından ibarətdir.

Qeyd edək ki, 24 saat ərzində fəaliyyət göstərən proqramda 11 oxunması zəruri olan kitab və 1455 audio əsər yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: