Naxçıvanda Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə vakant vəzifələrin tutulması üçün müsabiqə elan olunub

A- A A+

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqəyə 396 vakant vəzifə çıxarılıb. Müsabiqədə iştirak etmək istəyən şəxslər 23 yanvar–23 fevral 2021-ci il tarixlərdə Mərkəzin internet portalında (www.dim.nmr.az) "Şəxsi Kabinet" bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir. Namizədlər bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.

Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər.

Vakant vəzifələrin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.

https://dim.nmr.az/sehiyye_qrafik_23_01_2021.php

Maraqlananlar Mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: