Aprel-sentyabr aylarında buraxılış və qəbul imtahanları keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Operativ Qərargahın qərarına əsasən imtahan tarixlərində dəyişiklik oluna bilər, lakin imtahanların ardıcıllığı dəyişməyəcək.