Nazirlər Kabineti “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”nin təsdiq edilməsi barədə” 2018-ci il 12 yanvar tarixli Qərarında dəyişiklik edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri” yeni redaksiyada təsdiq edilib. Sənəddə ümumi müddəalar və maliyyələşdirmə normativlərinin hesablanması əksini tapıb.