2021-ci ilin iyul ayında Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna qəbul imtahanın test mərhələsi və ali məktəblərə qəbul imtahanı (2-ci şans) keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, sanitar-epidemioloji vəziyyətlə əlaqədar təqvim planı dəyişə bilər. İmtahanların keçirilmə ardıcıllığı dəyişməsə də, tarixlərə həmin dövrdəki vəziyyətlə əlaqədar yenidən baxıla bilər.