Naxçıvan Dövlət Universitetində payız semestrinin imtahan sessiyası başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2020-2021-ci il payız semestrində imtahanlar gün ərzində 100 qrup olmaqla 1600 tələbənin iştirakı ilə keçirilib. Tələbələr elektron qaydada təşkil edilən imtahanlardan savayı, ənənəvi-yazılı və şifahi qaydada da imtahan veriblər. Xüsusi qabiliyyət tələb edən ixtisaslarda imtahanların şifahi qaydada keçirilməsi nəzərdə tutulub.

Elektron imtahanlar bu semestr 13 elektron və 25 yazılı olmaqla kamera ilə təchiz edilmiş otaqlarda aparılıb. İmtahanlara ümumi nəzarət etmək üçün isə 9 nəfərdən ibarət imtahan qərargahı yaradılıb.

Qeyd edək ki, tələbələr  müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahanı başlamasını və bitirdiyini təsdiqlədikdən sonra, tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumatı əldə edə bilir. Hər test sualı üçün 1 bal, yazılı imtahan üçün 10 ballıq qiymətləndirilmə tətbiq edilir.

Həmçinin tələbələr universitetin elektron səhifəsində yerləşdirilən linkdən istifadə etməklə imtahan nəticələrini öyrənməklə bərabər, universitetin saytında e-cədvəl bölməsinə daxil olmaqla dərs, kollokvium, imtahan cədvəlləri, sualları və imtahan nəticələri barədə məlumat toplaya bilirlər. Eyni zamanda səhifədə yaradılan rektora müraciət bölməsinə daxil olan hər bir tələbənin imtahanlarla bağlı sual, təklif və şikayətlərini birbaşa rektora ünvanlaması yaradılan obyektiv şəraitin ideal nümunəsi sayıla bilər. İmtahanlarda bir yenilik də ondan ibarətdir ki, Memarlıq və mühəndislik fakültəsində elektron jurnalın tətbiqi sayəsində tələbənin müvəffəqiyyət və keyfiyyət faizləri avtomatik olaraq sistemə inteqrasiya olunur və bu da imtahan nəticələrinin hesablanmasını sürətləndirir.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: