NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Gənclər Günü münasibətilə keçirilən tədbir belə adlanıb.
Əvvəlcə Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin 2020-ci ildə qazandıqları uğurlardan ibarət sərgiyə baxış olub.
Sonra institutun rektoru Azad Novruzov çıxış edərək qeyd edib ki, muxtar respublikada dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə müxtəlif Dövlət Proqramını təsdiq edir. Dövlət proqramlarına uyğun olaraq gənclərin hərtərəfli təhsili, sağlamlıqlarının təmin olunması dövlət quruculuğunda fəal iştirakına şərait yaradılır, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, o cümlədən Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün mühüm addımlar atılır. Həmçinin gənclərin yaradıcılıq fəaliyyətinin stimullaşdırılması və asudə vaxtının təşkili diqqətdə saxlanılır, tələbələrin elmi, mədəni və ictimai fəaliyyətinin dəstəklənməsi üçün mütəmadi və ardıcıl iş aparılır. Bu uğurlu siyasət sayəsində gənclərimiz milli tələblər səviyyəsində formalaşır, onlar cəmiyyətin aparıcı qüvvələrinə çevrilir.
Azad Novruzov tədbir iştirakçılarını 2 fevral “Gənclər Günü” münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra institutun Tələbə Gənclər Təşkilatının sədri Ayxan Hüseynli “Naxçıvan Muxtar Respublikasında Dövlət gənclər siyasəti”, insitutun tələbə Həmkarlar Təşkilatının sədri Aytac Əliyeva “Gənclərin təhsilinə dövlət qayğısı” və Tələbə Elmi Cəmiyyətinin sədri Aysun Nağdəliyeva “Tələbə gənclərin elmi fəaliyyəti” mövzularında çıxış ediblər.
Sonda təhsildə və ictimai işlərdə fərqlənən tələbələr mükafatlandırılıb.
Sadiq Məmmədov