2020-2021-ci tədris ilində NDU-da 32 nəfər gənc müəllim işə qəbul edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2 Fevral - Gənclər Gününə həsr olunan tədbir  “Gənclərlə iş sahəsində Gənclər Təşkilatlarının rolu” adı altında  baş tutub.

Tədbirdə universitetin rektoru Elbrus İsayev tələbə-gənclərin istedadlarının üzə çıxarılmasına göstərilən dövlət qayğısından danışıb. Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bildirilib ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının parlaq ifadəsidir. Elbrus İsayev 2020-2021-ci tədris ilində Naxçıvan Dövlət Universitetinə 32 nəfər gənc müəllimin işə qəbul edilməsini də bu sahədə görülən işlərin məntiqi davamı və gənclərə göstərilən yüksək etimadın bəhrəsi kimi qiymətləndirib. Rektor gəncləri bayram günü münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.

Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov “Gənclər təşkilatları dövlət gənclər siyasətinin əsas istiqaməti kimi” adlı çıxışında vurğulayıb ki, bu gün ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli yer tutmalarının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. 

Universitetin Tələbə Gənclər Təşkilatı nəzdində İntellektual Oyunlar klubunun sədri Fərid Hacıyev, Tələbə Gənclər Təşkilatının nəzdində Debat klubunun sədri Atilla Əsgərli, Təşkilatın nəzdində Kitab klubunun sədri Elmar İsgəndərov təqdimatla çıxış ediblər.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: