Təhsilverənlərin sertifikatlaşmasının müsahibə mərhələsinə start verildi - FOTOLAR

A- A A+

2020-2021-ci tədris ilindən başlayaraq muxtar respublikada müəllimlər ödənişsiz və mərhələli şəkildə sertifikasiyaya cəlb olunurlar.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yanvarın 14-dən başlayıb  aprelin 16-dək davam edəcək olan sertifikatlaşdırmanın  test mərhələsindən keçən 462 riyaziyyat müəllimi üçün müsahibə mərhələsinə başlanılıb. Müəllimlərin müsahibə mərhələsini Təhsil Nazirliyinin Sertifikatlaşdırma Şurası aparır.

Bu mərhələdə iştirak edən hər bir təhsilverənin qiymətləndirilməsi proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı kimi meyarlar əsasında maksimum 40 balla aparılır.

Qeyd edək ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edəcək və sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edəcəklər. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi həmin tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin   70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv ediləcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: