Naxçıvan Bölməsinin ötən ildəki fəaliyyəti ilə bağlı hesabatı dərc olunub

A- A A+

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, giriş və 8 başlıqdan ibarət nəşrdə 2020-ci il ərzində Naxçıvan Bölməsində yerinə yetirilmiş işlərə nəzər salınıb, icra olunmuş fərman, sərəncam və qərarlardan irəli gələn vəzifələr, görülən işlərin nəticələri qeyd olunub.

 Daha sonra bölmənin elmi-tədqiqat müəssisələrinin ötən ildəki fəaliyyəti haqqında ətraflı məlumat verilib, əldə edilmiş mühüm elmi nəticələr və onların mahiyyəti qeyd olunub.

Həmçinin Naxçıvan Bölməsində il ərzində həyata keçirilən qrant layihələr, 20-dən artıq elm və təhsil mərkəzi ilə davam etdirilən beynəlxalq əməkdaşlıqlar və digər elmi-təşkilati fəaliyyət istiqamətləri haqqında məlumatlar yer alıb.

Hesabatda, eyni zamanda muxtar respublikanın aparıcı ali təhsil müəssisələrindən Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda 2020-ci ildə yerinə yetirilən elmi-tədqiqat işləri və əldə olunmuş mühüm elmi nəticələr haqqında məlumatlar öz əksini tapıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: