Bu gün Naxçıvanda 1615 abituriyent imtahan verib

A- A A+

İyulun 26-da Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanı başa çatıb. NUHÇIXAN xəbər verir ki, muxtar respublikada bu imtahanlarda iştirak etmək üçün 1615 abituriyent qeydiyyatdan keçib.

Heydər Əliyev adına, 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlara 12 imtahan rəhbəri, 153 nəzarətçi müəllim cəlb olunub. Bütün binalarla əlaqə yaratmaq üçün regional bölmədə xüsusi qərargah yaradılıb.

İmtahanların nəticələri bir neçə gün ərzində Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdiriləcək. Abituriyentlər eyni zamanda nəticələri iş nömrələrini 7727-yə SMS göndərməklə də əldə edə bilərlər.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: