Ötən ay müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanlarda 136 nəfər keçid balını toplayıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yanvar ayında müəllimlərin işə qəbulu ilə bağlı keçirilən  müsabiqənin nəticələrinə görə imtahanlarda iştirak edən 248 namizəddən 136 nəfəri keçid balını toplayıb və müvafiq vəzifələrə təyin olunmaq üçün sənədləri aidiyyatı üzrə göndərilib.

Təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarında  iştirak edən 854 təhsilverəndən 534-ü müvafiq keçid balını toplayıb. Muxtar respublika üzrə riyaziyyat müəllimlərinin sertifikasiyası tam başa çatdırılıb. Bu istiqamət üzrə imtahanlarda iştirak edən 597 müəllimdən 462-si müvəffəqiyyət qazanıb. Hazırda sertifikasiya imtahanları davam edir.

Qeyd edək ki, yanvarın 23-də Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə 396 vakant vəzifənin tutulması üçün də müsabiqə elan edib. Bu istiqamətdə ilk dəfə olaraq keçiriləcək müsabiqəyə sənəd qəbulu fevralın 23-ə qədər davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: