Lütfi Zadəyə həsr olunan poçt markası dövriyyəyə buraxılır

A- A A+

Görkəmli azərbaycanlı alim, qeyri-səlis məntiq termininin müəllifi və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin həmmüəlliflərindən biri olan Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş poçt markası hazırlanıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, "Azərmarka" MMC-dən bildirilib ki, marka fevral ayının sonunda dövriyyəyə buraxılacaq.

Qeyd edək ki, Lütfəli Rəhim oğlu Ələsgərzadə (Lütfi Zadə) 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində anadan olub, 2017-ci il sentyabrın 6-da ABŞ-da (Kaliforniya, Berkli şəhəri) dünyasını dəyişib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: