“Axtarışlar” jurnalının yeni sayı işıq üzü görüb

A- A A+

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilən “Axtarışlar” jurnalının ötən ilə olan dördüncü sayı işıq üzü görüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, jurnalın yeni sayında tədqiqatçıların ədəbiyyatşünaslıq, folklorşünaslıq, sənətşünaslıq və dilçiliklə bağlı araşdırmalarının nəticələri yer alıb.

Müxtəlif mövzulu elmi məqalələrin dərc olunduğu jurnalda Naxçıvanın aşıq yaradıcılığı, yallıları, teatrı, memarlığı tədqiq olunub, Asim Yadigar, Hüseyn Abbaszadə, Paşa Qəlbinur, Bəhruz Kəngərli kimi sənətkarların yaradıcılığı araşdırılıb.

Nəşrin “Biblioqrafiya” adlı bölməsində mərhum professor Hüseyn Həşimlinin “Unudulmuş yazıçı: Ələkbər Qərib Naxçıvanlı” monoqrafiyası və toplayıb çapa hazırladığı “Haqq divanı” kitabına həsr olunmuş “Naxçıvanşünaslığa layiqli töhfə” başlıqlı resenziya oxuculara təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: