“Naxçıvan Muxtar Respublikasının muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda interaktiv dərs keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan muxtariyyət tarixinin 97-ci ildönümünü doğma Vətənimizə və xalqımıza qazandırdığı böyük nailiyyətlərlə qeyd edir. Muxtar respublika sürətlə inkişaf edərək böyük sabahlara doğru inamla yol gedir. Bunlar isə muxtariyyətin bəhrələri olmaqla yanaşı, həm də qədim diyarda həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər AMEA Naxçıvan Bölməsi ilə ümumtəhsil məktəbləri arasında “Naxçıvan Muxtar Respublikasının muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda keçirilən  interaktiv dərsdə səsləndirilib.

İnteraktiv dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib. Dərsi AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli aparıb. O,  Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın siyasi tarixində əhəmiyyəti,  diyarımızın inkişaf yolu və müstəqillik illərində  bütün sahələrdə aparılan irimiqyaslı quruculuq və abadlıq işləri haqqında məlumat verib.

Bildirilib ki, ötən əsrin 20-ci illərində gedən proseslərin nəticəsində 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası yaradılıb. Bu qədim diyarın gələcək müqəddəratının həlli, ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından çox mühüm siyasi əhəmiyyətə malik olub, Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılıb. Bu mənada, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırması təsadüfi deyildir.

Fəxrəddin Səfərli bildirib ki, Naxçıvan həm də Azərbaycanın böyük dövlətçilik ənənələrinə malik olan qədim diyardır.

Qeyd olunub ki,  bu gün Naxçıvan Muxtar Respublikası sözün həqiqi mənasında özünün intibah dövrünü yaşayır. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında hərtərəfli və dayanıqlı inkişafa nail olunub, rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək genişmiqyaslı quruculuq işləri aparılıb, yeni sosial obyektlər, inzibati binalar istifadəyə verilib, istehsal sahələri yaradılıb. Yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb.Yüksək iqtisadi potensiala malik olan dövlət pro­qramlarının, infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində Naxçıvan artıq bir sıra mühüm göstəricilər üzrə iqtisadi təhlükəsizliyini də təmin edib.

                                 

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: